Operativ Məlumat Mərkəzi

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında işlərin 96 %-i yekunlaşıb

2 dəq
Paylaş:
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında işlərin 96 %-i yekunlaşıb

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında işlərin 96 %-i yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazir Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkdiyi zamanı bildirilib.

Nazir “ Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub.

1,612 milyon su tutumu olan “Xudafərin” və 56.75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat verilib.

Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün imkanlar dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası ilə bağlı məsələlərə də toxunulub.

Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyonkVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax