Operativ Məlumat Mərkəzi

Xorvatiyalı model: "Bakı məni yaxşı mənada təəccübləndirdi"

2 dəq
Paylaş:
Xorvatiyalı model: "Bakı məni yaxşı mənada təəccübləndirdi"

"Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür".

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "Formula 1" üzrə Qran Prisində iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı İvana Knoll qala gecəsində jurnalistlərə açıqlamasında deyib.

Səfərlə bağlı təəssüratlarını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin dadlı olduğunu söyləyib: "Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda bunu edə bilməyəcəyəm".

Knol bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə keçirilən Qran Prilərdə dəfələrlə yer alıb: "Qətərdəki ilə buradakı atmosferi müqayisə edə bilmərəm. tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu barədə də fikir bildirməyəcəyəm. Çünki Qətərdə 1 ay oldum, buraya isə cəmi 6-7 saatdır gəlmişəm".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici şou-biznes

Hamısına bax