Əsas məzmuna keç

Xorvatiya - Albaniya matçı heç-heç yekunlaşıb

Xorvatiya - Albaniya matçı heç-heç yekunlaşıb

Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2. Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə...

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində yığmaları üz-üzə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

Oyunda 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. 2 dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olaraq xorvatları hesabda çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurub. Xorvatiya komandasının qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…