Operativ Məlumat Mərkəzi

Xocavənddə partlayıcı qurğu aşkarlanıb

2 dəq
Paylaş:
Xocavənddə partlayıcı qurğu aşkarlanıb

Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan zamanı tərk edilmiş yaşayış evlərindən birində partlayıcı qurğu aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Minatəmizləmə Agentliyindən () məlumat verilib.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən həyata keçirilən zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış partlayıcı qurğu aşkarlanıb.

Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün.

Aşkar edilən partlayıcı qurğu Agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb.

Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi ilə quraşdırılıb.

Bildirilib ki, ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax