Operativ Məlumat Mərkəzi

XİN rəhbəri: Aİ ilə saziş daha da zənginləşdirilə bilər

2 dəq
Paylaş:
XİN rəhbəri: Aİ ilə saziş daha da zənginləşdirilə bilər

Avropa İttifaqı ilə saziş daha da zənginləşdirilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu naziri Avropa İttifaqının xarici işlər və siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Azərbaycanın Aİ üçün əsas ticarət tərəfdaşı olması məmnunluqla qeyd olunub: “Bizim ticarət dövriyyəmiz təqribən 20 milyard dollar təşkil edir. Biz enerji sahəsində əməkdaşlığı ilk olaraq qeyd etmə istərdik. Uzun illər Aİ ölkələri üçün etibarlı xam neft təchizatçısı olub. Daha sonra Cənub Qaz Dəhlizinin 2-ci fazasının yekunlaşdırılması ilə ilk dəfə Xəzər bölgəsindən Avropa ölkələrinə qaz təchizatına start verilib. Ukrayna müharibəsindən sonra Azərbaycandan Avropa ölkələrinə qaz təchizatçısı əhəmiyyətli dərəcədə artırılıb. Bu gün 12 ölkəyə Azərbaycan qazı təchiz edilir. Bu istiqamətdə mövcud olan və əməkdaşlığın perspektivləri müzakirə edilib”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax