Operativ Məlumat Mərkəzi

XİN: Los Ancelesdəki Baş Konsulluq Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün işlər həyata keçirir

1 dəq
Paylaş:
XİN: Los Ancelesdəki Baş Konsulluq Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün işlər həyata keçirir

Kaliforniyada davam edən səbəbilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, yanvarın 7-dən Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna məxsus hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib:

"Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax