Operativ Məlumat Mərkəzi

İran 4 diplomatımızı “arzuolunmaz şəxs” elan edib

2 dəq
Paylaş:
İran  4 diplomatımızı “arzuolunmaz şəxs” elan edib

Mətbuatda bu günlərdə sözügedən xəbər yeni deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən “ şəxs” elan edilməsi ilə bağlı yerli medianın sualına cavabında bildirib.

“Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı statusa uyğun olmayan və Diplomatik haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.

İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib.

Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir”, - XİN rəsmisi qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax