Operativ Məlumat Mərkəzi

XİN Ermənistanın təxribatı ilə bağlı açıqlama verib

2 dəq
Paylaş:
XİN Ermənistanın təxribatı ilə bağlı açıqlama verib

31 avqust-1 sentyabr tarixlərində tərəfi növbəti dəfə hərbi təxribata əl atıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Xarici İşlər Nazirliyindən bildirilib.

Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar.

Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb.

Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.

Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr