QAİ: Ermənistanın sərhədyanı bölgədə törətdiyi təxribatı şiddətlə qınayıb

QAİ: Ermənistanın sərhədyanı bölgədə törətdiyi təxribatı şiddətlə qınayıb
01.09.2023 13:39
Aa
dəq

Qərbi Azərbaycan İcması Ermənistanın Kəlbəcərdəki təxribatını şiddətlə qınayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə icmanın yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Ermənistan ordusu 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən Göyçə mahalının Zod kəndi istiqamətindən Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması nəticəsində 3 nəfər azərbaycanlı hərbi qulluqçu yaralanmışdır.

Qərbi Azərbaycan İcması Ermənistanın bu təxribatını şiddətlə qınayır və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edir.

Ermənistan tərəfinin bu mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi Qərbi Azərbaycan İcması üçün əlavə həssaslıq doğurur. Xatırladaq ki, Göyçə mahalı, o cümlədən, Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi Göyçə mahalının azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların məscidlərini, qəbiristanlıqlarını və mədəni abidlərini dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır.

Ermənistan hökuməti İcmanın sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir.

Qərbi Azərbaycan İcması dünya birliyini, hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu