Operativ Məlumat Mərkəzi

XİN Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırıb

2 dəq
Paylaş:
XİN Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırıb

Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədə vəziyyəti təxribatçı addımlardan çəkinməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN-in yaydığı bəyanatda deyilir:

"Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunduğu kimi, avqustun 16-da silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb.

Ermənistan bölgədə vəziyyətə dair BMT Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini manipulyasiya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyirik. Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq. Bölgədə vəziyyətin gərginləşməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax