Operativ Məlumat Mərkəzi

Xilasetmə qrupumuz Kahramanmaraşda fəaliyyətə başlayıb

2 dəq
Paylaş:
Xilasetmə qrupumuz Kahramanmaraşda fəaliyyətə başlayıb
Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan gələn xilasedici qrupları Kahramanmaraşa çataraq zəlzələ bölgəsinə göndərilib. Bu barədə “Operativ...

Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan gələn xilasedici qrupları Kahramanmaraşa çataraq zəlzələ bölgəsinə göndərilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi- OMM ” “Ensonhaber”ə istinadən xəbər verir.

Bildirilir ki, xilasetmə qrupları bölgəsindədir.

Qeyd edək ki, fevralın 6-da gecə saatlarında Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Təbii fəlakətdən sonra ölkə üzrə bütün bölmələr hazırlıq vəziyyətinə gətirilib.

naziri Süleyman Soylu dördüncü səviyyəli həyəcan siqnalının verildiyini və beynəlxalq yardımın da gələcəyini bildirib.

yardıma tələsdi. Bu çərçivədə ilk yardım qardaş ölkə Azərbaycandan gəldi. İlham Əliyevin göstərişi ilə ilkin olaraq 370 nəfərdən ibarət yardım qrupunun göndəriləcəyi açıqlanıb.

Bu açıqlamadan sonra xilasetmə qrupları sürətlə Türkiyəyə çatmaq üçün hərəkətə keçib.

Azərbaycandan olan axtarış-xilasetmə qrupları zəlzələdən 15 saat keçməmiş Kahramanmaraş şəhərinə gəlib. Onlar qısa zamanda zəlzələ zonasına göndəriliblər. Hava limanına enən qruplar sürətlə zəlzələ bölgələrinə göndərilib”, - agentlik vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax