Əsas məzmuna keç

Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb

Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb

Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində...

Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Хidmətinin Mətbuаt Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.

Respublikası ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.

Sərhəd pozucularının üzərindən aşkar edilmiş “Garmin” markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilib.

Saxlanılmış “Layner” tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram aşkarlanaraq götürülüb.

tədbirlərinin davamı nəticəsində hadisə yerində “Niva” markalı vasitəsində 4 (dörd) nəfər Azərbaycan Respublikası vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…