Operativ Məlumat Mərkəzi

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib

2 dəq
Paylaş:
“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “” sərhəd dəstəsinin ərazisində “Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətinin (DSX) xidmətindən məlumat verilib.

Bildirilib ki, əsaslı təmirdən sonra müasir tələblərə cavab verən növbəti sərhəd zastavasının xidməti istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərin İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi ali diqqətin nəticəsi olduğu vurğulanıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi -polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax