Operativ Məlumat Mərkəzi

Xaricdə işə düzəltmək adı altında dələduzluq edən şəxslər saxlanılıblar - VİDEO

2 dəq
Paylaş:
Xaricdə işə düzəltmək adı altında dələduzluq edən şəxslər saxlanılıblar - VİDEO

BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı altında aldadan şəxslər saxlanılıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayonu ərazisində ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək onları aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə başlanılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax