Əsas məzmuna keç

Xaçmazda meşə zolağında yanğın baş verib

Xaçmazda meşə zolağında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil...

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" xəttinə Xaçmaz rayonunun Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri üzrə cəlb olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-in Xüsusi Riskli Xilasetmə və Şimal Regional Mərkəzinin şəxsi heyəti əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…