Operativ Məlumat Mərkəzi

“Tik-Tok”-da özünü usta kimi təqdim edən şəxs dələduzluqda ittiham olunur

2 dəq
Paylaş:
“Tik-Tok”-da özünü usta kimi təqdim edən şəxs dələduzluqda ittiham olunur

Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, zərərəçəkən Sumqayıt Şəhər İdarəsinin 4-cü Polis Bölməsinə müraciət içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən -axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" -Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax