Operativ Məlumat Mərkəzi

Vitkoff və Kuşner Umerovla görüşə bilər

2 dəq
Paylaş:
Vitkoff və Kuşner Umerovla görüşə bilər
bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, hələlik bu görüşlə bağlı qəti plan mövcud deyil. Məlumata görə, ABŞ və...

ABŞ Prezidentinin siyasəti üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni, sahibkar Cared Kuşner Florida ştatının Mayami şəhərində Rusiya ilə planlaşdırılan danışıqlardan əvvəl Ukrayna Milli və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşə bilərlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, hələlik bu görüşlə bağlı qəti plan mövcud deyil.

Məlumata görə, ABŞ və Rusiya nümayəndə heyətlərinin bu həftə sonu Mayamidə Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün görüşməsi gözlənilir.

Danışıqlarda Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev, həmçinin ABŞ tərəfdən Vitkoff və Kuşnerin iştirakı ehtimal olunur.

"Politico"nun yazdığına görə, Vaşinqton münaqişəyə son qoymaq məqsədilə Ukraynaya güzəştlər əldə etmək üçün təzyiqi artırıb. Ağ Ev və Departamenti isə TASS-ın Rusiya və ABŞ nümayəndələri arasında mümkün görüşlə bağlı sorğusuna hələlik cavab verməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax