Operativ Məlumat Mərkəzi

Vilayət Eyvazov tıxaclarla bağlı GÖSTƏRİŞ VERDİ

2 dəq
Paylaş:
Vilayət Eyvazov tıxaclarla bağlı GÖSTƏRİŞ VERDİ

naziri -polkovnik Eyvazov Bakıda tıxacların azaldılması ilə bağlı tapşırıqlar verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə COP29-la əlaqədar keçirilən kollegiya iclasında bildirib.

Qeyd edilib ki, avtomobilləşmənin sürətlə artdığı bir dövrdə paytaxtda sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyat axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılması, sürücü intizamının daha da yüksəldilməsi, ümumən müvafiq sahədə tədbirlərin gücləndirilməsi istiqamətində işlər görülməlidir.

Nazir xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqlara da toxunaraq onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, insanları qayğılandıran, onları narahat edən məsələlərlə bağlı bütün müraciətlərə həssaslıqla yanaşılmasını, vətəndaş məmnunluğunun təmin olunmasının daim diqqətdə saxlanılmasını tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax