Operativ Məlumat Mərkəzi

VI çağırış Milli Məclis işini yekunlaşdırıb

2 dəq
Paylaş:
VI çağırış Milli Məclis işini yekunlaşdırıb

VI işini yekunlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu gün altıncı çağırış Milli Məclisin sessiyasının sonuncu plenar iclası keçirilib.

Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb. İclasda iştirak edən bir-biriləri ilə səmimi şəkildə görüşərək sağollaşıblar.

Qeyd edək ki, Yeni Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax