Noyabrın 1-i saat 11:00-dan II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, eyni zamanda, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər noyabrın 1-dən dekabrın 1-dək ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər: “Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv ediləcək.
Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə “istifadəçi adı və şifrə” ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə oktyabrın 31-i saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək”.
Valideynlərin nəzərinə: Noyabrın 1-dən başlanılır
2 dəq
Oxşar xəbərlər
Elm və təhsil
Qarlı hava bəzi məktəblərin davamiyyətinə təsir edib
Elm və təhsil
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçiriləcək
Elm və təhsil
Müəllimlərin yanvar maaşı necə hesablanacaq? – 10% və 35% artım cədvəli
Elm və təhsil
Məktəblərdə qış tətili nə vaxt başlayır? – Təhsil Nazirliyindən 2026-cı il üçün Açıqlama
Eyni mövzuda
Daha çox: Elm və təhsil
Elm və təhsil
Qrant ayrılmış özəl bağçalara qeydiyyat başlanıb
Elm və təhsil
“Qrant aldılar, qiyməti artırdılar” - Təhsil ekspertindən narazılıq
Elm və təhsil
Özgür Özel yenidən CHP sədri seçilib
Elm və təhsil