Operativ Məlumat Mərkəzi

Üstündə “Makarov” gəzdirən şəxs saxlanıldı

2 dəq
Paylaş:
Üstündə “Makarov” gəzdirən şəxs saxlanıldı

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən paylaşan və “ şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən bildirilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax