Operativ Məlumat Mərkəzi

ÜST-nin baş direktoru meymunçiçəyi ilə bağlı ölkələrə çağırış edib

1 dəq
Paylaş:
ÜST-nin baş direktoru meymunçiçəyi ilə bağlı ölkələrə çağırış edib

“Mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantının İsveçdə
alınması bu virusun təsirinə qalan ölkələrin ona qarşı mübarizəsinin vacibliyini vurğulayır”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus “X” hesabında bildirib.

O, bütün ölkələri “nəzarəti gücləndirməyə, məlumatları paylaşmağa və virusun yayılmasını daha yaxşı başa düşmək üçün birgə işləməyə, vaksinləri paylaşmağa və narahatlıq doğuran ictimai səhiyyə ilə bağlı fövqəladə hallardan dərsləri cari epidemiyanın həllində tətbiq etməyə” çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax