Operativ Məlumat Mərkəzi

Universitetlərə qəbul olmaq istəyən 110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

1 dəq
Paylaş:
Universitetlərə qəbul olmaq istəyən 110 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsilin səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq 115 min 245 ərizə verib.

Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlərdən 110 min 354 nəfər müəssisələrinə, 96 min 667 nəfər kolleclərə (11 illik) qəbul olmaq üçün müraciət edib.

Ali təhsil müəssisələrinə ərizə verən abituriyentlərin 100 min 259 nəfəri bölməsi üzrə, 10 min 095 nəfəri rus bölməsi üzrə sənəd verib.

Orta ixtisas təhsili müəssisələrinə (11 illik) sənəd verənlərin 89 min 858 nəfəri Azərbaycan bölməsi, 6 min 809 nəfəri isə rus bölməsi üzrə müraciət edib.

Qeyd edək ki, ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax