Operativ Məlumat Mərkəzi

Ukraynaya PUA-lar göndərəcək

1 dəq
Paylaş:
Ukraynaya PUA-lar göndərəcək

Finlandiyanın sənayesi konserni “Summa ” 2025-ci ilin ikinci yarısında Ukraynaya ilk pilotsuz uçuş aparatları partiyasını göndərməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunmuş press-relizdə yer alıb.

“Şirkət Finlandiyanın cənubunda yeni güclərini istifadəyə verib. Artıq ukraynalı tərəfdaşımızla birlikdə ilk sınaq partiyasının istehsalına başlanılıb. Gözləyirik ki, onlar tezliklə hazır olacaq və 2025-ci ilin ikinci yarısında təhvilatlara başlanacaq”, – açıqlamada bildirilir.

2024-cü il 28 noyabrda “Summa Defence” elan etmişdi ki, ilə birlikdə 2025-ci ilin əvvəlindən PUA-ların birgə istehsalına başlayacaq.

İstehsal ediləcək məhsullar – yalnız hava deyil, həm də yerüstü və suüstü pilotsuz sistemlər – Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin ordularına təchiz ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax