Əsas məzmuna keç

Ukraynada Marqarita Simonyana qarşı cinayət işi açılıb

Ukraynada Marqarita Simonyana qarşı cinayət işi açılıb

(SBU) “Rossiya Seqodnya” RT telekanalının və agentliklərinin baş redaktoru Marqarita Simonyana qarşı açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Simonyan "2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə" çağırıb və həmçinin "Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb".

Qeyd olunub ki, Təhlükəsizlik Xidmətinin müstəntiqləri Simonyana onların Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi, o cümlədən “soyqırımı” və “Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd” maddələri ilə şübhəli bilindiklərini bildiriblər.

Nazirlik açıqlamasında şübhəlinin Rusiya ərazisində olduğundan onun məsuliyyətə cəlb edilməsi üçün kompleks tədbirlərin görüldüyünü açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…