Operativ Məlumat Mərkəzi

Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub

2 dəq
Paylaş:
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində İqlim Klubu Platformasına (“Climate Club Global Platform”) qoşulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İqlim Klubu Qlobal Platforması yüksək emissiyalı sahələrinin dekarbonizasiyasını sürətləndirmək və inkişaf etməkdə olan ölkələrdə sıfır və aşağı emissiyalı sənaye inkişafını dəstəkləmək məqsədilə yaradılıb.

Platforma , maliyyə və texnologiyanın dəstəyi ilə həmin ölkələrin sıfır və aşağı emissiyalı sənaye təcrübələrinə keçidini asanlaşdıracaq.

Platformanın əsas məqsədi dəstəyə ehtiyacı olan ölkələri beynəlxalq investorlarla əlaqələndirmək və onların müasir texnologiyalara çıxışını təmin etməkdir. Ukraynanın bu təşəbbüsdə iştirakı ölkənin yaşıl bərpa prosesinə beynəlxalq tərəfdaşların dəstəyini cəlb etməyə imkan yaradacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr