Operativ Məlumat Mərkəzi

"Uçuşun davamına icazə verilməsi Qaydası” təsdiqlənib

2 dəq
Paylaş:
"Uçuşun davamına icazə verilməsi Qaydası” təsdiqlənib

“Aviasiya haqqında” qanunda nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi Qaydası”nı təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adı qanuna, “ Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 2 nömrəli Əlavə - “Uçuşların qaydaları” və 13 nömrəli Əlavə - “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir. Qaydada istifadə edilən anlayışlar adı çəkilən qanunla və digər normativ hüquqi aktlarla müəyyən olunmuş mənaları ifadə edir.

Qərara əsasən, bundan sonra, müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsinə müvafiq orqandan icazə almayan və icazəsi olmadan Azərbaycanın hava məkanından səsdən iti sürətlə uçan, eləcə də Azərbaycanın dövlət sərhədi üzərində uçuş qaydalarını pozan və ya Azərbaycanın hava məkanından istifadə qaydalarını digər şəkildə pozan hava gəmisi Müdafiə Nazirliyinin tələbi ilə məcburi qaydada yerə endirilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr