Operativ Məlumat Mərkəzi

Ucarda narkotik dövriyyəsinə görə 3 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Ucarda narkotik dövriyyəsinə görə 3 nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və ilə olan şəxslərə qarşı tədbirləri davam etdirilir.

DİN-in xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Cavidan Hüseynov, Elnur Məmmədov və Qadir Abdullayev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif çəkilərdə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılanlar şəxslər barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax