Operativ Məlumat Mərkəzi

Ucarda bir nəfəri öldürən, digərini yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib

2 dəq
Paylaş:
Ucarda bir nəfəri öldürən, digərini yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi iyunun 3-də Ucar rayon sakinləri 1995-ci il təvəllüdlü Əliyevanın öldürülməsi, 1996-cı il təvəllüdlü İlyaszadəyə isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Ucar Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla 1988-ci il təvəllüdlü Əliyevin rayon ərazisində avtomobil yuma məntəqələrinin birində şəxsi münasibətlər zəminində tanışı Rüfət İlyaszadəyə bıçaqla xəsarətlər yetirməklə öldürməyə cəhd etməsi, daha sonra arvadı Könül Əliyevaya həmin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Anar Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax