Əsas məzmuna keç

Türkmənistan Qırğızıstanda Orta Dəhlizin infrastrukturunu öyrənir

Türkmənistan Qırğızıstanda Orta Dəhlizin infrastrukturunu öyrənir

Türkmənistanın nəqliyyat üzrə nümayəndə heyəti Asiya-Sakit Okean regionu ölkələrindən Orta Dəhliz üzrə Avropaya yüklərin daşınması üçün ölkənin...

Türkmənistanın üzrə Asiya-Sakit Okean regionu ölkələrindən Orta Dəhliz üzrə Avropaya yüklərin daşınması üçün ölkənin infrastrukturunu öyrənmək məqsədilə Qırğızıstana səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Qırğızıstanın Nəqliyyat və Rabitə Nazirliyinə istinadən xəbər verir.

“Oş şəhərində Qırğızıstan-Türkmənistan nümayəndə heyətinin görüşü keçirilib. Görüş “Dostuk avtomobil yolu” keçid məntəqəsində baş tutub. Nümayəndə heyətinin səfərinin məqsədi “Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə- Avropa İttifaqı ölkələri” multimodal dəhlizi üzrə yüklərin daşınması marşrutunu öyrənməkdir”, - qurum qeyd edib.

Görüş zamanı tərəfi “Dostuk avtomobil yolu” keçid məntəqəsi, “İrkeştam yolu” keçid məntəqəsi və “Oş-1” və “Oş-2” dəmir yolu stansiyalarının infrastrukturu ilə tanış olub.

Nümayəndə heyəti daha sonra marşrutun Çin hissəsini öyrənmək üçün Kaşqara yollanıb.

Xatırladaq ki, Transxəzər Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, , Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…