Operativ Məlumat Mərkəzi

Türkiyəli nazir: "Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər, Ermənistandan da müsbət siqnallar var"

2 dəq
Paylaş:
Türkiyəli nazir: "Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər, Ermənistandan da müsbət siqnallar var"

Türkiyənin və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “Tvnet”ə müsahibəsində danışıb.

Nazir söyləyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 hissəsi ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

A.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: “Bunun üçün İranla arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax