Operativ Məlumat Mərkəzi

Türkiyədə yaşayan tanınmış azərbaycanlı professoru Bakıda avtomobil vuraraq öldürüb - YENİLƏNİB 2

2 dəq
Paylaş:
Türkiyədə yaşayan tanınmış azərbaycanlı professoru Bakıda avtomobil vuraraq öldürüb - YENİLƏNİB 2

Dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

***

Noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini - 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər Baş İdarəsinin Dövlət İdarəsindən bildirilib.

Qeyd edilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.

Araşdırma aparılır.

***

Bakıda tanınmış alim yol qəzasında həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, professor Arif Acalov yol qəzasında həlkak olub.

Hadisə Bakı Olimpiya Stadionun yaxınlığında alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax