Operativ Məlumat Mərkəzi

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

1 dəq
Paylaş:
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə alır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhsildə Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.

Məlumata görə, ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si qərar, 220-si barəsində isə imtina qərarı verilib. İmtina səbəbləri qanunvericiliyində də nəzərdə tutulmayan “açık ” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax