Operativ Məlumat Mərkəzi

Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, naziri Soylu sel fəlakəti ilə bağlı açıqlama verib:

"Şanlıurfada 16 , Adıyamanın Tut rayonunda isə 2 vətəndaşımız həyatını itirib".

Bozova və Tut rayonunda -xilasetmə işləri davam edir.

13:47***

Şanlıurfa və Adıyamanda daşqınlarda həyatını itirənlərin sayı 17-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupları Əyyubiyə rayonunda 14 mart tarixində baş verən sel fəlakətindən sonra zirzəmisi su basan ticarət mərkəzində daha bir nəfərin cansız cəsədini tapıb.

Milli , ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında 3 nəfərin itkin düşdüyünü qeyd edib.

Nazirin sözlərinə görə, Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: “Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax