Operativ Məlumat Mərkəzi

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat: "Papara" şirkətinin rəhbəri də daxil olmaqla 13 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat: "Papara" şirkətinin rəhbəri də daxil olmaqla 13 nəfər saxlanılıb

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı yeni çərçivəsində xidmətləri göstərən "Papara" şirkətinə qarşı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq zamanı "Papara" platformasının qanunsuz mərc pullarının dövriyyəsində vasitəçilik etdiyi müəyyən edilib. Prokurorluğun məlumatına əsasən, "Papara" vasitəsilə 102 fərqli mərc və qumar saytı qurulub və bu saytlardan əldə edilən pullar 274 banka hesabına köçürülüb.

Əməliyyat çərçivəsində 13 nəfər barəsində həbs qərarı çıxarılıb, 8 şirkətin fəaliyyətinə məhdudiyyət qoyulub, 74 avtomobil, 7 mənzil, 5 qayıq, 1 yaxt və 3 kirayə seyfə də daxil olmaqla əmlaklara əl qoyulub. Prokurorluq şəxsləri cinayətkar təşkilat yaratmaq və ona üzv olmaqda da ittiham edir.

Əməliyyat zamanı "Papara" şirkətinin sahibi Ahmet Faruk Karslı da saxlanılan şəxslər arasında yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax