Operativ Məlumat Mərkəzi

Türkiyədə hoteldə yanğın baş verib, 76 nəfər ölüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Türkiyədə hoteldə yanğın baş verib, 76 nəfər ölüb - YENİLƏNİB

Türkiyənin Bolu vilayətində Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin naziri Əli Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb:

“Ölənlərdən 52-sinin şəxsiyyəti edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.

Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

***

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber ”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, yanğın söndürülüb, soyutma işləri davam edir.

***

Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə zamanı daha 32 nəfər yaralanıb.

Yanğının səbəbi hələ ki məlum deyil.

***

Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində altı nəfər ölüb, 31 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım cəlb edilib.

Məlumata görə, hoteldəki insanlar təxliyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax