Operativ Məlumat Mərkəzi

Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb

2 dəq
Paylaş:
Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb

Türkiyədə İstanbul meri İmamoğlunun saxlanılmasından sonra bir neçə sosial şəbəkəyə - “X”, “Youtube”, “TikTok” və “Instagram”a məhdudlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NetBlocks” monitorinq resursu məlumat yayıb.

Məlumata görə, Ə.İmamoğlu saxlanılmazdan əvvəl video paylaşıb və orada mübarizəsini davam etdirəcəyini deyib.

Qeyd edək ki, onu korrupsiyaya qarşı aparılan istintaq çərçivəsində saxlayıblar.

İddia olunur ki, Ə.İmamoğluna yaxın olan bəzi bələdiyyə məmurları "İstanbul bələdiyyəsi ilə əlaqəli olan “Medya A.Ş.” və “Kültür A.Ş.” şirkətlərinə xidmətlərin alınması üçün yüksək qiymətlər təklif ediblər. Prokurorluğun fikrincə, bu real dəyərindən çox yüksək qiymətlərlə sifarişlər alıblar. Eyni zamanda, və rüşvət halları da müzakirə olunur.

Baş Prokurorluq ona və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla ittihamları irəli sürüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax