Operativ Məlumat Mərkəzi

Türkiyədəki gücü zəlzələ nəticəsində üç bina qismən çöküb - YENİLƏNİB-3

2 dəq
Paylaş:
Türkiyədəki gücü zəlzələ nəticəsində üç bina qismən çöküb - YENİLƏNİB-3

Türkiyədə baş verən nəticəsində 4 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Malatya Valisi Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

***

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina çöküb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

***

Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu şəhər valisi Seddar Yavuz bildirib.

O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.

Məlumata görə, Malatya ilə yanaşı, Elazığda da məktəblilər tətilə buraxılıb.

***

Türkiyədə 5.9 maqnitudalıq zəlzələ olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Malatya vilayətində qeydə alınıb.

ətraf ərazilərdə də hiss edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax