Operativ Məlumat Mərkəzi

Türkiyədə 51 əyalətdə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Türkiyədə 51 əyalətdə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

Türkiyənin 51 əyalətində PKK qruplaşmasına qarşı beş gündür davam edən “GÜRZ-46” antiterror əməliyyatı nəticəsində 282 şübhəli saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, həmin şəxslər terror təşkilatını maliyyələşdirməkdə, terror təşkilatına toplamaqda köməklik göstərərək ortaq fəaliyyətlə məşğul olmaqda, təşkilatı dəstəkləyən qadağan olunmuş nəşrləri təqdim etməkdə ittiham olunurlar.

Həbs olunanlar eyni zamanda qanunsuz hərəkətlər zamanı zorakılıq xarakterli küçə hadisələrinə qatılmaqda, hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaqda da şübhəli biliniblər.

Nazir bildirib ki, nəticəsində onların yaşadıqları yerlərdən iki ədəd “AK 47” avtomat, səkkiz ədəd lisenziyasız ov tüfəngi, beş ədəd lisenziyasız tapança, üç ədəd boş tapança və çoxlu sayda rəqəmsal materiallar aşkar edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax