Operativ Məlumat Mərkəzi

Türkiyə yaşayış icazəsinin uzadılması üçün sənədlərin siyahısını genişləndirib

1 dəq
Paylaş:
Türkiyə yaşayış icazəsinin uzadılması üçün sənədlərin siyahısını genişləndirib

Aprelin 15-dən etibarən Türkiyədə yaşamaq icazəsini uzatmaq istəyən şəxslərə əlavə olaraq UETS (milli ) ünvanını təqdim etməli olacaqlar.

"Operativ Məlumat Mərkəzi-OMM" RBK-ya istinadən xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri İdarəsinin xidməti məlumat yayıb.

“Milli Elektron Bildiriş Sistemi (UETS) fiziki şəxslərə bildiriş göndərmək və çatdırmaq üçün 7201 saylı Bildiriş Qanunu və 30617 saylı Elektron Bildiriş Qaydası əsasında yaradılıb”, - məlumatda bildirilib.

UETS əldə etmək üçün poçt şöbələrinə müvafiq ərizə təqdim edilməlidir. Sizdən həmçinin pasport, etibarlı icazəsi, e-poçt və telefon nömrəsi tələb olunur.

Bildirilib ki, bu qərar ölkə rəhbərliyinin təhlükəsizliyi təmin etmək və müflis xarici vətəndaşların miqrasiyasını dayandırmaq, etnik bütövlüyü qorumaq istəyi ilə bağlıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax