Operativ Məlumat Mərkəzi

Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

2 dəq
Paylaş:
Türkiyə Prezidenti: Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

Zəngəzur dəhlizi üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Prezidenti Rəcəb Tayyib Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib.

"Zəngəzur dəhlizinin açılışı həm də Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".

Ərdoğan onu da əlavə edib ki, əvvəlcə Zəngəzur dəhlizinin əleyhinə olsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir: "Bu regionun inkişafı təkcə Azərbaycana deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir".

R.T.Ərdoğan Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin diplomatik çərçivədə tamamlandığını deyib:

"2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən görüşlərdə sülh sazişinin yekun mətni ilə bağlı razılıq əldə olunub. İmzalanacaq sülh sazişi regionun ab-havasını dəyişəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax