Operativ Məlumat Mərkəzi

Türkiyə Prezidenti Misirə yola düşüb

2 dəq
Paylaş:
Türkiyə Prezidenti Misirə yola düşüb

Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı "Trt Haber" yayıb.

Məlumata görə, Əsənboğa Hava Limanından yola salınıb.

Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinə ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin Xarici Siyasət və məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir.

Qeyd edilib ki, Prezident diplomatik fəaliyyətini Misirin paytaxtı Qahirədə davam etdirəcək.

Ərdoğan Türkiyənin də üzv olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) İqtisadi Təşkilatının sammitində iştirak edəcək. O, həmçinin Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi iclasa da qatılacaq.

Qahirədə keçiriləcək sammitdə iqtisadi əlaqələrlə yanaşı, regional və qlobal məsələlər də müzakirə ediləcək.

Xatırladaq ki, D-8 üzvləri son olaraq iyun ayında İstanbulda bir araya gəlmişdi. Fövqəladə sammitdə "Qəzza" məsələsi müzakirə edilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax