Operativ Məlumat Mərkəzi

Türkiyə ordusu Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib

2 dəq
Paylaş:
Türkiyə ordusu Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib

Silahlı Qüvvələri oktyabrın ilk həftəsində və İraqda 150 terrorçunu zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TRT telekanalı bu barədə Türkiyənin Gülərə istinadla məlumat yayıb.

“Oktyabrın 1-dən 8-dək Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın və Suriyanın şimalinda PKK/PYD qruplaşmalarına qarşı apardığı əməliyyatların gedişində 150-dən çox terrorçu zərərsizləşdirilib, terror təşkilatlarının obyektləri və gəlir mənbələri sıradan çıxarılıb”, - deyə məlumatda bildirilir.

Oktyabrın 1-də PKK silahlılarının Ankarada Daxili İşlər Nazirliyinin binasına hücumundan sonra Türkiyə ordusu İraqda və Suriyada terrorçulara qarşı əməliyyatları intensivləşdirib. Ekspertlərin fikrincə, Türkiyə Silahlı Qüvvələri ölkənin cənub sərhədləri yaxınlığında genişmiqyaslı quru əməliyyatına başlaya bilər. İraq və Suriyada keçirmək üçün ordunun mandatı var və mandatın uzadılması məsələsi oktyabrın sonunadək parlamentdə müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax