Operativ Məlumat Mərkəzi

Türkiyə milli futbol komandası Ermənistana gedib

2 dəq
Paylaş:
Türkiyə milli futbol komandası Ermənistana gedib

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin D qrupunun ilk oyununda Ermənistanla səfərdə qarşılaşacaq milli komandası İrəvana gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" “CNNTurk”ə istinadən xəbər verir ki, İstanbul hava limanından qalxan təyyarə ilə saat 14:20-də Ermənistanın paytaxtı İrəvandakı Zvartnots Hava Limanına gələn türkiyəli futbolçular onlar üçün ayrılmış avtobusla qalacaqları hotelə gediblər.

Hava limanının çıxışında jurnalistlərə qısa açıqlama verən Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi bunları deyib: "Sabah ilk oyunumuzu oynayacağıq. Yaxşı bir başlanğıc etmək istəyirik. 2024-cü il Almaniyada keçirildiyinə görə bizim üçün son dərəcə əhəmiyyətlidir. Almaniyada türk var. Ümid edirəm ki, texniki komandamız və futbolçularımız sabah burada, çərşənbə axşamı isə Bursada ən yaxşı nəticəni qazanmaq üçün mübarizə aparacaqlar. Məqsəd Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməkdir. Beləliklə, ən çox tamaşaçı kütləsinə çata və öz evimizdə oynayırmış kimi oyunlarımızı keçirə bilərik. Komandamızın əhval-ruhiyyəsi çox yaxşıdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax