Operativ Məlumat Mərkəzi

Türkiyə Malayziyaya PUA ixrac edəcək

1 dəq
Paylaş:
Türkiyə Malayziyaya PUA ixrac edəcək

Türkiyənin Aerokosmik Sənayesi Malayziya Hərbi Hava qüvvələri üçün 100 milyon dollar dəyərində üç ədəd ANKA pilotsuz uçuş aparatı (PUA) edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli mediaya istinadən xəbər verir ki, bu barədə razılaşma Asiya-Sakit Okean Bölgəsinin ən böyük müdafiə sərgilərindən biri olan Langkawi Dəniz və Aviasiya Sərgisində Malayziya ilə Türkiyənin şirkəti arasında əldə edilib.

"Peyk idarəetmə qabiliyyətinə malik ANKA-larda Malayziyanın ehtiyaclarına uyğun olan radarlar istifadə ediləcək. Çatdırılmaların iki il ərzində başa çatdırılması gözlənilir", - deyə TUSAŞ şirkətinin İdarə Heyətinin sədr müavini Ömər Cihad Vardan jurnalistlərə açıqlamasında bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax