Operativ Məlumat Mərkəzi

Türkiyə ilə Fələstin arasında imzalanan bu qərar rəsmi qəzetdə dərc olundu

2 dəq
Paylaş:
Türkiyə ilə Fələstin arasında imzalanan bu qərar rəsmi qəzetdə dərc olundu

ilə Fələstin arasında saziş, Rəcəb Tayyib Ərdoğanın imzası ilə rəsmi qəzetdə dərc olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, 2022-ci il mayın 24-də Ramallahda “Türkiyə Hökuməti ilə Fələstin Hökuməti arasında Milli Sürücülük Vəsiqələrinin Qarşılıqlı Tanınması və Dəyişdirilməsi Haqqında Sazişin Təsdiq Edilməsi barədə Qərar” Rəsmi qəzetdə yayımlanıb.

Sazişə əsasən, iki ölkə bir-birinin ərazisində daimi yaşayış icazəsinə sahib vətəndaşları üçün öz milli qanunvericiliyinə uyğun olaraq verilmiş, etibarlı və müvəqqəti olmayan sürücülük vəsiqələrini qarşılıqlı şəkildə tanıyacaq.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət edən şəxslər qarşı tərəfin vəsiqəni verməyə səlahiyyətli qurumları tərəfindən keçirilən nəzəri və praktik imtahanlardan azad olunacaqlar.

Vəsiqələr hər iki ölkənin daxili qanunvericiliyinə uyğun şəkildə təqdim ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax