Operativ Məlumat Mərkəzi

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı terror və kənar təsirlərə rast gəlinməyib

2 dəq
Paylaş:
Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı terror və kənar təsirlərə rast gəlinməyib
bu barədə Ankara Prokurorluğu məlumat yayıb.Məlumata görə, Prokurorluğun təlimatı əsasında mühafizə edilən cihaz uçuş məlumatlarının və pilotların səs...

Türkiyədə qəzaya Liviya təyyarəsinin “qara qutu”sunun tədqiqi prosesinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Ankara Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Prokurorluğun təlimatı əsasında mühafizə edilən cihaz uçuş məlumatlarının və pilotların səs yazılarının təhlili üçün Britaniyanın paytaxtı Londona göndərilib, texniki hesabatın təyyarə qəzasının səbəbi ilə bağlı konkret sübutlar təqdim edəcəyi gözlənilir.

Bildirilib ki, qəzada həyatını itirənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi də tamamlanıb.

Hadisədən sonra bir müddət Ankarada sorğu-sual edilən Kipr Respublikasının vətəndaşı da daxil olmaqla ekipajla bağlı aparılan araşdırmalar nəticəsində indiyədək və kənar təsir əlamətlərinə rast gəlinməyib.

Qeyd edək ki, 2025-ci il dekabrın 23-də Ankaranın Esenboğa hava limanından havaya qalxan Liviya Baş rəisinin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Ölənlər arasında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah Məhəmməd Əli Əl-Haddad və Ordunun Baş Qərargah rəisi general-leytenant Fituri Qəribil də var. Liviya hökuməti 3 günlük milli matəm elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax