Əsas məzmuna keç

Trampla Putin arasında planlaşdırılan görüş təxirə salınır?

Trampla Putin arasında planlaşdırılan görüş təxirə salınır?

ABŞ Prezidenti Tramp və Prezidenti Vladimir Putin arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi görüşün təxirə salınma ehtimalının olduğu iddia edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CNN-ə danışan mənbələr Tramp və Putin arasında Budapeştdə keçirilməsi gözlənilən görüşlə bağlı bəzi iddialar səsləndiriblər.

Ağ Evlə əlaqəli rəsmi iki liderin görüşündən əvvəl ABŞ Marko Rubio ilə Rusiya naziri Sergey Lavrov arasında bu həftə keçirilməsi gözlənilən görüşün “hazırda təxirə salındığını” bildirib.

Mövzudan məlumatı olan başqa bir mənbə isə CNN-ə verdiyi açıqlamada, Rubio və Lavrovun Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması məsələsində fikir ayrılığı yaşadıqlarını qeyd edib.

Eyni mənbə, bu fikir ayrılıqları səbəbilə Rubio və Lavrovun bu həftə yenidən telefonla danışmaları mümkün ola biləcəyini deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…