Operativ Məlumat Mərkəzi

Trampın bu qərarı müzakirə yaratdı

2 dəq
Paylaş:
Trampın bu qərarı müzakirə yaratdı

ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarına başlanması barədə verdiyi , nüvə sınaqlarının necə aparıldığı və onların zərərləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yaylb.

Bildiirlib ki, Tramp 29 oktyabrda Müdafiə Nazirliyinə dərhal nüvə silahı sınaqlarına başlanması barədə göstəriş verdiyini açıqlayıb.

Trampın nüvə silahı sınaqları ilə bağlı açıqlaması həm siyasi dairələrdə, həm də ictimaiyyətdə çaşqınlığa səbəb olub.

Trampın ABŞ Strateji Komandanlığına namizəd göstərdiyi Riçard Korell qərarın “nüvə ” mənasına gəlmədiyini düşündüyünü bildirib və əlavə edib:

“Trampın ifadələri nüvə silahlarının bərabər şərtlərdə sınaqdan keçirilməsinə aiddir. Son zamanlarda nə Çin, nə də Rusiya partlayıcı nüvə sınağı aparıb. Buna görə mən bu sözlərdən xüsusi bir məna çıxarmıram və nəticə çıxarmağa əsas görmürəm.”

Demokrat senator Ceki Rozen isə bunun üçün heç bir səbəb olmadığını vurğulayaraq, məsələni dayandırmaq üçün əllərindən gələni edəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ rəsmi olaraq son nüvə sınağını keçmiş Corc H. V. Buş dövründə, 1992-ci ildə həyata keçirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax