Operativ Məlumat Mərkəzi

Tramp yanğınlardan zərər çəkmiş Kaliforniya sakinlərinə limitsiz su vəd edib

1 dəq
Paylaş:
Tramp yanğınlardan zərər çəkmiş Kaliforniya sakinlərinə limitsiz su vəd edib

ABŞ prezidenti Donald Los-Ancelesin yanğınlardan zərər bölgələrinə və quraqlıqdan çəkən ərazilərinə su təchizatını artıracağını vəd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə sakinləri ilə görüşündə bildirib.

“Bizdə bol su var. Qərb sahilindən, qismən də Kanadadan gələn limitsiz sudan danışırıq. Heç vaxt tükənməyəcək, olmayacaq. Qonşu regionlardan su təchizatının artırılması, həmçinin su anbarlarının tikintisi nəzərdə tutulur”, - Tramp qeyd edib.

Tramp vurğulayıb ki, vilayətdə hidrantların böyük bir hissəsi işləmir və işləyənlərdə su təzyiqi aşağıdır. Bundan əlavə, evlərdəki yanğınsöndürmə sistemləri alovun öhdəsindən gələ bilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax